“Heç kim burada bundesliqaya xüsusi maraq göstərmir”

“Heç kim burada bundesliqaya xüsusi maraq göstərmir”

Allsport.az xəbər verir ki, “Arsenal”ın keçmiş qapıçısı, hazırda “Fulhem”də çıxış edən Bernd Leno bildirib ki, İngiltərədə bir çox insanlar bundesliqanı “Fermerlər Liqası” adlandırırlar:

“Əlbəttə, mən hesab edirəm ki, bu termin yersizdir. Amma düzünü desəm, burada hamı bundesliqanı belə adlandırır. Bu, premyer liqa ölkəsidir və heç kim burada bundesliqaya xüsusi maraq göstərmir: nə ingilislər, nə də əcnəbilər.

“İnkişaf Liqası” adı buna daha uyğun olardı. İstedadlı futbolçular çox vaxt Almaniyaya gedirlər, sonra isə premyer liqaya keçirlər. Holand, de Bruyne və Gündoğan nümunələrinə baxın”.

Həmin kateqoriyadan