“Heç kim deyə bilməz ki, ancaq müdafiədə oynayırıq”

Bu gün “Zirə” səfərdə “Turan Tovuz”a 0:1 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu dedi:

“Gərgin oyun keçdi. Meydanda taktiki savaş getdi. Hücum etsək də, 2-ci hissədə əks-hücumların birində yaxalandıq.

Qış fasiləsində yeni transferlər olacaq. Tək hücumçu istəmirik. Müxtəlif mövqelərə futbolçu axtarırıq.

Heç kim deyə bilməz ki, ancaq müdafiədə oynayırıq. Elə səfər matçları var, qapanmışıq. Buna məcbur olmuşuq. Amma taktikamız plan üzrə gedir”.

Həmin kateqoriyadan