- Baxış sayı: 150
- 08 May 2026 23:17
- Baxış sayı: 219
- May 08, 2026
- 0

İngiltərə yığmasının sabiq kapitanı Pol İns həbs olunub.
Allsport.az xəbər verir ki, 57 yaşlı veteran futbolçu içkili halda avtomobil idarə edərək qəza törədib.
Onun sürdüyü “Ranc Rover” yolayırıcı səddə çırpılıb. İnsə qarşı içkili halda maşın sürmə ittihamı irəli sürülüb. O, girov müqabilində azadlığa buraxılıb və iyulun 18-də məhkəmədə cavab verəcək.
İns İngiltərə millisində 53 oyunda iştirak edib və 2 qol vurub.