İlham Əliyev: “Qarabağ” ölkəmizi çempionlar liqasında ləyaqətlə təmsil etdi”

Milli Olimpiya Komitəsində tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda “Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ idmanın inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan respublikası prezidentinin Fəxri diplomu təqdim edilib. Yığıncaqda iştirak edən ölkə başçısı İlham Əliyev, çıxışında “Qarabağ”ımızın uğurlarından da danışıb:

“Əlbəttə ki, bizim futbolçularımız – hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq çempionlar liqasının final mərhələsində iştirak etdi. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib”.

Həmin kateqoriyadan