İlk peşəkar badmintonçu Lado Mehdiyevin xatirəsinə turnir

Azərbaycanda badmintonun yaranmasının 60 illiyi çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. Allsport.az saytı xəbər verir ki, 1 saylı idman liseyinin badminton zalında bu idman növünün ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, ilk peşəkar badmintonçumuz, beynəlxalq dərəcəli hakim Lado Mehdiyevin xatirəsinə turnir keçirilib.

Azərbaycan badminton ailəsinin üzvləri arasında keçirilən turnirdə federasiya nümayəndələri ilə məşqçilər kişi və qadınların qoşa yarışında qüvvəsini sınayıb. Turnir başlamazdan öncə böyük ekranda ABF-in 60-illiyinə həsr olunan xüsusi videoçarx nümayiş olunub. Azərbaycanda badminton ənənəsinin qorunub saxlanılmasında xüsusi rolu olan yarış iştirakçılarının oyunları dostluq və nostalji ab-hava şəraitində keçib.

Yarışa iştirakçı kimi qatılan ABF-in prezidenti Taleh Ziyadov mərhumun ailə üzvlərinə üzərində onun tələbələrinin imzası olan xatirə hədiyyəsini təqdim edib.

Həmin kateqoriyadan