FOTO
“İşıq dirəklərində heç bir nasazlıq və texniki problem olmayıb”

Bu gün premyer liqanın XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” oyunun ikinci hissəsindən başlayan güclü külək nəticəsində oyunun 81-ci dəqiqəsində işıq dirəklərindən biri qırılıb.

Allsport.az xəbər verir ki, bu səbəbdən oyun yarımçıq dayandırılıb. İşıq dirəklərində heç bir texniki problem və ya nasazlıq olmayıb. Təbii fəlakət nəticəsində dəmir konstruksiya qırıldığından güclü küləyin təsiri ilə dirək aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, tamaşaçılar və oyun iştirakçıları təhlükəsiz şəkildə təxliyyə ediliblər.

Həmin kateqoriyadan