İslandiyaya məğlub oldu

İslandiyaya məğlub oldu

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının “B” divizionunda növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, 4-cü turda İslandiya seçməsi ilə qarşılaşan Azərbaycan məğlub olub – 74:77.

Xatırladaq ki, millimiz daha əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.

Bu nəticədən sonra “A” qrupunda İslandiya 7 xalla liderdir. Rumıniya və Portuqaliya seçmələri 6 xalla ikinci-üçüncü pillələri bölüşür. Niderland və Azərbaycan yığmalarının aktivində isə 4 xal var.

Həmin kateqoriyadan