- Baxış sayı: 40
- 22 İyun 2026 16:16
- Baxış sayı: 55
- İyun 22, 2026
- 0

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb. Allsport.az xəbər verir ki, söküntü işi “Neftçi” klubunun təşəbbüsü ilə həyata keçirilir.
Belə ki, orda baza tikməyi qərarlaşdıran klub bu istiqamətdə fəaliyyətə start verib.
Klubun mətbuat xidməti tərəfindən də söküntü işi təsdiqlənib və ərazidə sonradan baza tikiləcəyi bildirilib. Lakin tikinti işlərinin konkret tarixi barədə hələ məlumat verilməyib.