İspaniya La Liqasında Elxan Məmmədovun futbolçusunun maaşı artıb

İspaniya Peşəkar Futbol Liqası və İspaniya Futbolçular Assosiasiyası arasında yeni kollektiv əmək müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanın şərtinə görə, növbəti mövsümdən etibarən İspaniya Primerosunda çıxış edən oyunçuların minimum illik əmək haqqı 155 min avro olacaq.

Müqavilə 2016-cı il iyulun 1-dən qüvvəyə minəcək. Hazırda İspaniya La Liqasında oynayan futbolçular üçün illik əmək haqqının minimum məbləği 129 avrodur. Qeyd edək ki, AFFA baş katibi Elxan Məmmədovun millimizə dəvət etdiyi Eddi İsrafilov “Eybar”da çıxış edir.

Həmin kateqoriyadan