İsrafilovun transferi 500 000 avroya başa gələ bilər

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun İspaniyanın “Kordoba” klubuna transferinin maddi məqamları üzə çıxıb. Allsport.az xəbər verir ki, Sequnda liqa təmsilçisi müqavilə ilə “Real Mursiya”ya məxsus olan millimizin üzvünün yarım illik icarəsi üçün 150 000 avro ödəməli olacaq.

“Kordoba” mövsümün sonunda Eddinin transfer hüququnu da almaq istəsə, 400 000 avronu birbaşa ödəməli olacaq. 400 000 avronu tam ödəyə bilməyəcəyi halda isə, “Mursiya” qarşı tərəfə 500 000 avroluq qiymət qoyub. Sadəcə, bu məbləği hissə-hissə ödəmək lazımdır.

Həmin kateqoriyadan