İvo Krezo: “Azərbaycan millisi arzuolunmaz rəqibdir”

“Çətin qrupa düşdük. Ümumiyyətlə, Avropa çempionatında asan qrup olmur”.

Allsport.az xəbər verir ki, bunu futzal üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi İvo Krezo Avropa çempionatının final mərhələsinin püşkatması barədə “reprezentacija.ba” saytına açıqlamasında deyib.

Azərbaycan, İspaniya və Gürcüstanla eyni qrupda yer alacaqlarını xatırladan mütəxəssis rəqibləri təhlil edib: “İspaniya haqqında xüsusi nə isə danışmağa ehtiyac yoxdur. Bu, dünyanın ən yaxşı komandalarından biridir. Azərbaycan və Gürcüstan isə arzuolunmaz rəqiblərdir. Çünki bu yığmaların heyətində çoxlu sayda braziliyalı legioner var. Yenə də Avropa elitasının bir hissəsi olmaq yaxşıdır. Bosniya və Herseqovinanı ən yüksək şəkildə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

19 yanvar – 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.

Həmin kateqoriyadan