“Kəpəz” kubok oyunu üçün hazırlığa başladı

“İnter”lə Gəncədə keçirilən oyundan sonra “Kəpəz”in üzvləri iki günlük istirahətə buraxılıb. Allsport.az xəbər verir ki, futbolçulara kubok oyunu öncəsi dincəlmək imkanı yaradan məşqçilər korpusu komandanı bu gün – noyabrın 30-da toplayacaq.

“Sarı-göylər”in məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.

Dekabrın 1-də isə “Kəpəz” Lənkərana yollanacaq. Nizami yurdunun təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Qala” otelində məşkunlaşacaq komanda oyunun reallaşacağı arenada həm gün matç öncəsi son məşqini də keçirəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Kəpəz” oyunu dekabrın 2-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan