Kaue: “Qəbələ” ilə oyuna ciddi yanaşmalıyıq”

“Neftçi” Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını başa vurub. Allsport.az xəbər verir ki, məşqdən sonra komandanın yarımmüdafiəçisi Kaue klub televiziyasına açıqlama verib:

“Oyun bizim üçün çətin olacaq. Çünki “Qəbələ” yaxşı komandadır, Avropa Liqasında çıxış edib. Rəqibin heyətində yaxşı futbolçular var, onlar da bizim kimi çempionatda iddialıdırlar. Rəqibə hörmət edirik. Bu qarşılaşmaya ciddi yanaşmalıyıq, çünki səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

Həmin kateqoriyadan