“Kimyaçılar” Rumıniya və Özbəkistan klublarına qarşı

“Kimyaçılar” Rumıniya və Özbəkistan klublarına qarşı

“Sumqayıt”ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərin adı dəqiqləşib.

Allsport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi gələn il yanvarın 12-də Rumıniyanın “Hermanştadt” klubu ilə üz-üzə gələcək.

Samir Abbasovun komanda 4 gün sonra isə Özbəkistan “Soqdiana”sını sınağa çəkəcək.

Qeyd edək ki, “Sumqayıt” mövsümün ikinci yarısı üçün hazırlıqlarını yanvarın 6-17-də Türkiyənin Antalya şəhərində keçirəcək.

Həmin kateqoriyadan