“Kimyagərlər”in müşahidə şurasında 2 yeni üzv

“Sumqayıt”ın müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, “Azərikimya” İB-də baş tutan iclasda “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, üzvlər – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman SalahovAbdulla Məmmədov iştirak ediblər.

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdə fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda “Kapital Bank” müştəri menecmenti və məhsullar departamentinin direktoru Fərid İslamov, həmçinin “Paşa Həyat Sığorta”nın satış və marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

İclasın sonunda müşahidə şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

Həmin kateqoriyadan