Konkur ustaları 9500 manatlıq yarışda

20-22 noyabrda Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində konkur ustaları arasında “Xəzər Kuboku” adlı CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir.

Ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək.Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Mükafat fondu 9500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.

Həmin kateqoriyadan