- Baxış sayı: 51
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Atletiko Madrid”in hücumçusu Anxel Korrea klubunu dəyişib.
Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu Meksika “Tiqres”inə keçib.
Korrea 2015-ci ildən “Atletiko”da çıxış edirdi. O, Madrid təmsilçisi ilə 469 oyunda 88 qol vurub, 65 məhsuldar ötürmə edib.