“Qarabağ”la “Simurq” cütün taleyini həll etdi, derbidə qol vurulmadı, “İnter” 2 qolla güldü

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, mübarizəni davam etdirən 4 cütün hamısı eyni gündə meydana çıxıb.

“Neftçi” paytaxt derbisində AzAL-la qarşılaşıb. Oyunda hesab açılmayıb.

“İnter” Bakıda “Xəzər Lənkəran”ı qəbul edib. Meydan sahibləri rəqibini iki cavabsız qolla məğlub yola salıb.

Ölkə çempionu, Premyer Liqanın hazırkı lideri “Qarabağ” autsayderlərdən hesab olunan “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu darmadağınla qalib gələrək növbəti mərhələyə vəsiqəni demək olar ki, həll edib.

Günün son oyununda isə “Qəbələ” ilə “Simurq” üz-üzə gəlib. Zaqatala təmsilçisi də səfərdəki 3:0 hesablı qələbə sayəsində cütün taleyini həll edib.

Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
4 mart

“Neftçi” – AzAL – 0:0 (0:0)
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 22. Rauf Əliyev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 3. Denis Silva, 27. Məqsəd İsayev.
Baş məşqçi: Arif Əsədov.
AzAL: 16. Stanislav Namaşko, 21. Novruz Məmmədov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 17. Viktor İqbekoyi, 10. Nicat Qurbanov, 8. Seymur Əsədov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 22. Eltun Yaqublu, 7. Təmkin Xəlilzadə, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov.
Baş məşqçi: Tərlan Əhmədov.

“İnter” – “Xəzər Lənkəran” – 2:0 (1:0)
Qollar: M.Alvaro, 41 (1:0). A.Məmmədov, 69 (2:0).
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 12. Franka Nildo, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Sxaken.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

“Qarabağ” – “Bakı” – 3:0 (3:0)
Qollar: Reynaldo, 6 (1:0). V.Nadirov, 24 (2:0). Reynaldo, 32 (3:0).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 24. Admir Teli, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 19. Eltun Hüseynov, 45. Mahir Mədətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 28. Ülvi Quliyev.
Baş məşqçi: İbrahim Uzunca.

“Qəbələ” – “Simurq” – 0:3 (0:1)
Qollar: D.Çeran, 11 (0:1). D.Çeran, 55 (0:2). B.Lambot, 57 (0:3).
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 14. Cavid Hüseynov, 18. Ruslan Fomin, 20. Rikardinyo, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k),4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.

Həmin kateqoriyadan