- Baxış sayı: 36
- 18 İyul 2025 22:16
- Baxış sayı: 216
- İyul 17, 2025
- 0
“Barselona”nın müdafiəçisi Jül Kunde gələcək karyerası ilə bağlı qərarını verib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
“Barsa”nın baş məşqçisi Hansi Flik Jülün komandada qalmasını istəyib.
Kunde başa çatan mövsümdə meydana çıxdığı 53 oyunda 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.