- Baxış sayı: 34
- 23 Aprel 2024 22:00
- Baxış sayı: 29
- Aprel 23, 2024
- 0
2016-ı ilin yanvar ayında Sankt-Peterburqda təşkil olunacaq Valentin Qranatikinin xatirə turnirində Azərbaycan millisinin rəqiblərindən olan Latviyanın U-19 yığmasının yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Aleksandr Basov çalışdıracaq.
Bu barədə Latviya Futbol Federasiyası rəsmi məlumat yayıb. Komanda artıq onun rəhbərliyi altında dekabrın 20-dən təlim-məşq toplanışına başlayıb. Latviyalılar paytaxt Tallində hazırlıq keçirlər.
Qeyd edək ki, Azərbaycan yığmasının qrupdakı digər rəqibləri Sloveniya və Bolqarıstandır.