“Liverpul”un yeni hədəfi

“Liverpul”, “Sportinq” və Portuqaliya millisinin müdafiəçisi Qonsalu İnasionu transfer etmək imkanlarını araşdırır.

Allsport.az xəbər verir ki, futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var. Mersisaydlılar belə bir məbləği ödəməyə tələsmir.

İnasio 2012-ci ildən “Sportinq”dədir. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm mərkəz müdafiəçisi bütün yarışlarda 23 oyun keçirib, 3 qol vurub, 9 sarı vərəqə alıb. “Transfermarkt” portalı 22 yaşlı portuqaliyalıya 30 milyon avro qiymət qoyub.

Həmin kateqoriyadan