Məşhur aktrisa Devrim Özqan “Qalatasaray”lı Lukas Toreyranın evindən paylaşım edib

Türkiyə super liqasında liderliyini davam etdirən “Qalatasaray”ın mövsümün əvvəlində “Arsenal”dan transfer etdiyi Lukas Toreyra ilə məşhur aktrisa Devrim Özqan arasında məhəbbət iddiaları hallanırdı.

Allsport.az xəbər verir ki, o, əvvəl “Biz sadəcə dostuq” dediyi ulduz futbolçunun evindən paylaşım edib. Bu hərəkətindən sonra izləyicilərindən “Artıq bunu gizlətməyə ehtiyac yoxdur” kimi şərhlər gəlib.

Qeyd edək ki, məşhur aktrisa ötən gün İnstaqramda hekayə paylaşıb. Özqanın paylaşdığı yerin Lukas Toreyranın evi olduğu öyrənilib.

FqjtE5eXgAEaCEp

Həmin kateqoriyadan