“Yenilgiyə layiq olan tərəf biz idik”

Allsport.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Tomas Tuxel komandasının bundesliqada “Verder”ə gözlənilməz məğlubiyyətini (0:1) şərh edib:

“70 dəqiqədən çox qalib gəlmək üçün mübarizə apardığımızı hiss etmədim. Son 20 dəqiqədə hiss etdim ki, qələbə qazanmaq istəyirik.

İlk hissədə çox statik idik, topu çox itirdik və çoxlu əks-hücumları qaçırdıq. Yenilgiyə layiq olan tərəf biz idik, çünki 20 dəqiqə oynamaq kifayət etmir.

Həmin kateqoriyadan