“Mən eyni sözləri deməkdən bezirəm, bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AzAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AzAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq. Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil”.

Həmin kateqoriyadan