“Mənim “Liverpul”da öz adamlarım var”

Allsport.az xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Rafael Benites ötən həftə mövsümün sonunda klubdan ayrılacağını açıqlayan komandanın hazırkı baş məşqçisi Yurgen Klopun açıqlamasına münasibət bildirib:

“Mənim “Liverpul”da öz adamlarım var. Buna görə də, mən orada baş verənləri daha dərindən bilirəm. Klop haqqında yalnız müsbət sözlərim var, çünki o, mənim dostumdur və onunla yaxşı münasibətim var.
O, böyük iş görüb və edir. Klop və “Liverpool” haqqında gözəl sözlərdən başqa deyəcək heç nəyim yoxdur”.

Həmin kateqoriyadan