Makedon Ağdam klubundan narazı ayrılıb

“Qarabağ”ın sabiq müdafiəçisi Vladimir Dimitrovski Ağdam klubunda az şans qazanmasından danışıb. Allsport.az xəbər verir ki, Çex Respublikasının “Teplitse” klubu ilə müqavilə imzalayan makedoniyalı futbolçu bunları söyləyib:

“Kerkira”da əla mövsüm keçirdim və həmin vaxt yığmaya da dəvət almağa başladım. Amma həmin komandada az oynamağa başlayan kimi, milliyə də dəvət etmədilər. Ümid edirəm ki, “Teplitse”də mütəmadi oynayacağam və yığmaya da çağırılacağam. “Qarabağ”da mən çox az şans qazanırdım. Halbuki, daha çox oynamağa layiq idim. Ümid edirəm ki, yeni komandamda daha çox oynamaq şansı qazanacağam”.

Həmin kateqoriyadan