Maltada dünya badminton federasiyasının prezidenti ilə görüş

Maltanın paytaxtı Valettada Avropa badminton konfederasiyasının illik iclası işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək konqresdə ABF-in prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və baş məşqçi Murtuza Validarvı iştirak edir.

Toplantının ilk günündə bizimkilər Dünya badminton federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüblər. Söhbət zamanı Azərbaycanda badmintonun inkişafı, ABF və BWF arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Dünya badminton federasiyası ilə birgə əməkdaşlığın nəticəsi olaraq ölkəmizin 5 regionunda “Zərbə vaxtı” ilə bağlı ətraflı məlumat verilib. Toplantının ilk günündə Azərbaycanda həyata keçirilən proqram nümunəvi layihə olaraq təqdim olunub.

Həmin kateqoriyadan