Devalvasiya AFFA-nı iflic etdi – «Futbol dünyası» bağlandı, jurnalistlərin Piter səfəri ləğv olundu

Ötən həftə manatın ABŞ dolları qarşısında kəskin ucuzlaşması, bütün sahələrdə olduğu kimi, futbola da öz təsirini göstərib. Allsport.az saytı xəbər verir ki, artıq bəzi klublarımız hər il qış fasiləsində nəzərdə tutduqları Antalya təlim-məşq toplanışından vaz keçiblər. AFFA maliyyə çatışmamazlığı üzündən bəzi işləri dayandırmağa başlayıb. Ötən həftə bu qurumun rəsmi mətbu orqanı «Futbol dünyası» qəzeti bağlandı.

Bu azmış kimi, əldə etdiyimiz bilgiyə görə, gələn ayın əvvəlində 17 yaşlı futbolçular arasında Sankt-Peterburq şəhərində keçiriləcək FIFA 1-ci vitse-prezidenti Valentin Qranatkinin ənənəvi xatirə turnirinə nəzərdə tutulmuş bir qrup KİV nümayəndəsinin ezamiyyəsi ləğv olunub. «Boz ev»in nəzdində fəaliyyət göstərən təşkilatlarda ixtisarların olacağı ehtimal edilir.

Səfərlərin təxirə salındığını görən Elxan Məmmədovun mətbuat sözçüsü Mikayıl Nərimanoğlunu indidən dərd götürüb. Bir qrup şantajçı jurnalistləri milinin rəsmi və qeyri-rəsmi oyunlarına və təlim-məşqlərinə ezam edən AFFA, bununla Rövnəq Abdulalyev başda olmaqla, assosiasiya rəhbərlərinə qarşı tənqidi yazıları zərərsizləşdirmiş olurdu.

Həmin kateqoriyadan