Mbappe haqda qərar verildi

PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.

Allsport.az xəbər verir ki, insayder Joze Villarroyanın sözlərinə görə, 24 yaşlı forvard “Real”a keçməyəcək. O, Paris nəhəngində oynamağa davam edəcək.

Kilian və PSJ arasında mövcud müqavilə 2024-cü ilin yayında başa çatır. “Transfermarkt” portalının ekspertləri hücumçunun dəyərini 180 milyon avro qiymətləndirib. Bu mövsüm forvard 22 matçda meydana çıxıb, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan