Mbappe istədiyini açıqladı

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe “Real Madrid”də mövsümə 70 milyon avro qazanmaq istəyir.

Allsport.az xəbər verir ki, hazırda Mbappe ilə Madrid klubu arasında futbolçunun maaşı ilə bağlı danışıqlar gedir. “Kral klubu” forvarda mövsümünə cəmi 35 milyon avro təklif edir.

Daha əvvəl Mbappenin Paris klubundan ayrılaraq “Real”la müqavilə imzalamağa qərar verdiyi məlum olub.

Həmin kateqoriyadan