“Meydanda sanki güləşmə getdi”

Dekabrın 16-da “Turan Tovuz” premyer liqanın 17-ci turunda evdə “Zirə”ni 1:0 yendi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov qələbəni belə şərh etdi:

“Bu gün üzücü xəbər aldıq. Oyun öncəsi ab-hava yaxşı deyildi. Qəzaya uğrayanların hər birini şəxsən tanıyıram.

Matça gəlincə, yaxşı komandaya qarşı oynadıq. Rəqib istənilən anda gözlənilməzlik etməyə qadirdir. Meydanda sanki güləşmə getdi.

Qələbə bizə yeni ümid verdi. Yolumuza davam edirik. Zədəlilər tam mübarizəyə qoşulmağa imkan vermir. Demək, gələcəkdə heyət daha genişlənməlidir”.

Həmin kateqoriyadan