Milli komandamızdan 2 pilləlik irəliləyiş

Futzal üzrə yığma komandaların yeni reytinq siyahısı açıqlanıb. Allsport.az xəbər verir ki, dünya çempionatının əsas seçmə mərhələsində uğurlu çıxış edən Azərbaycan millisi bunun sayəsində iki pillə irəliləməyə nail olub.

Belə ki, komandamız 13-cü pillədən 11-ə yüksəlib. Komandamızın hesabında hazırda 1388 reytinq xalı var. AÇ-2016-nın final mərhələsindəki rəqiblərimizə gəlincə, İtaliya 4-cü (1687 xal), Çexiya isə 17-cidir (1321).

İlk üçlükdə qərarlaşan komandalar bunlardır: İspaniya (1923), Braziliya (1909) və Rusiya (1752).

Həmin kateqoriyadan