- Baxış sayı: 21
- 12 Dekabr 2024 16:50
- Baxış sayı: 62
- Dekabr 11, 2024
- 0
AFFA-da yeni rəhbərlik gələndən və “Misli” ilə əməkdaşlıqdan sonra əsas millidə azərbaycanlı məşqçilərin kənarlaşdırılması və sıxışdırılmasına başlanılıb. İlə bir milyon manat ətrafında məvacib aldığı söylənilən 70 yaşlı Fernandu Santuş yer aldığı heyətdə yerli köməkçi istəməyib. Bu üzdən “Boz ev” rəhbərliyi həvəslə Arif Əsədovu komandadan göndərdi.
Yayılan xəbərə görə, yadelli ilə əks-Azərbaycançıların növbəti hədəfi “ay-ulduzlular”ımızın qapıçı-çalışdırıcısı Kamran Ağayevdir. Doğru danışan, öz sözünü deyən, haqdan yana olan və milli kadr bu qüvvənin açıq düşmənidir. Bu səbəbdən, seçmənin direktoru İlqar Qurbanov da İTV-də “Sabaha saxlamayaq” verilişində futbol ilə bağlı mövzuda müəyyən gerçəkləri ortaya qoyduqdan sonra basqıya uğrayıb.
Uğursuzlar futbolun başına keçməklə, millimiz qara günlərini yaşayır. Azərbaycan yığması portuqaliyalının rəhbərliyi ilə ilk dəfə Millətlər liqasında rüsvayçı nəticə göstərir: 4 oyuna 0 xal! İnanılmaz görünsə də, bundan sonra komandamız yerdə qalan 2 matçda qalib gəlsə belə, ümumi göstəricidə geri qalacaq. Satqın qüvvənin məqsədi, azərbaycanlı məşqçilərin əcnəbi mütəxəssislərin təcrübələrindən yararlanmalarının qarşısını almaq və neft gəlirlərindən yerlilərin deyil, ancaq gəlmələrin faydalanmasıdır.