- Baxış sayı: 31
- 28 Sentyabr 2026 21:40
- Baxış sayı: 127
- Sentyabr 26, 2026
- 0

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarında baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib.
Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis Gökhan Edmanla anlaşma əldə olunub.
G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011-2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub.
O, həmçinin müxtəlif illərdə Türkiyənin “A” milli, “A2”, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və “Spring cup” turnirində bir neçə dəfə titullar qazanıb.
Klub karyerasında “Əczacıbaşı”, “Qalatasaray”, “Vakıfbank Günəş sığorta” və “Sarıyər Bələdiyəspor” komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 1998–1999-cu illər mövsümündə “Əczacıbaşı” ilə Avropa konfederasiya kubokunun (CEV cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa çempionlar liqasında 3-cü yeri tutub. “Qalatasaray” klubu ilə də Avropa konfederasiya kubokunda bürünc medal qazanan Edman “Əczacıbaşı” “A” qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.
Marmara universitetinin məzunu olan Edman uzun illər Türkiyə voleybolfFederasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, mini voleybol və qadın milli komandaları texniki qurumunun üzvü olub.