“Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir”

“Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir”

“Turаn”ın baş məşqçisi Ziya Rəcəbov komandanın çempionlar liqasına hazırlığı barədə danışıb.

Allsport.az xəbər verir ki, o, Avropadakı təlim-məşq toplanışının qənaətbəxş keçdiyini bildirib:

“Avropada təlim-məşq toplanışımız qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları ilə, sonda isə “Fənərbağça” ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq çərçivəsində həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub.

Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Hər zaman təcrübə öz sözünü deyir.

Bizi gərgin oyun gözləyir. Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.

Həmin kateqoriyadan