- Baxış sayı: 37
- 06 Oktyabr 2026 15:54
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

Voleybolçu qızlardan ibarət U-20 Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
Allsport.az xəbər verir ki, Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa voleybol zonal assosiasiyası çempionatı) iştirak edəcək yığmamız hazırlıq məqsədilə bu gün İzmirə yollanıb.
Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yerli klublarla bir neçə yoxlama oyunu keçirəcək.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Göyxan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.