Almaniyaya 10 snayper ilə

Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində ənənəvi “H və N kuboku” üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, yarışda millimiz 10 snayperlə iştirak edəcək.

Baş məşqçi İradə Aşumova və məşqçi Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma hədəf önünə keçəcəklər.

Mübarizə yanvarın 23-28 baş tutacaq.

Həmin kateqoriyadan