- Baxış sayı: 117
- 29 İyul 2026 21:00
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Kataniya şəhərində təşkil olunan Avropa Liqasının final mərhələsində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız qrupdakı sonuncu görüşdə Çex Respublikası yığmasını 5:1 hesabı ilə məğlub edib.
Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Əvvəlki matçlarda Türkiyəyə 5:3, İngiltərəyə isə 2:0 hesabıyla qalib gəlmiş millimiz 1-ci olub. Nəticədə, futbolçularımız digər qrupda maksimum nəticə göstərən Macarıstanla qarşılaşacaq. Həlledici görüş avqustun 28-də baş tutacaq.