- Baxış sayı: 35
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxır. Allsport.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız startda Latviya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Sankt-Peterburqda, “Peterburqski” İdman-Konsert Kompleksində baş tutacaq görüşdə millimiz Latviyanın U-19 komandasına qarşı mübarizə aparacaq.
Valentin Qranatkinin xatirə turniri
C qrupu
4 yanvar
15:15. Azərbaycan – Latviya
Bu gün qrupumuzdakı digər oyunda Bolqarıstanla Sloveniya qarşılaşacaq.