- Baxış sayı: 7
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Serbiya Super Liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Mladost”la qarşılaşıb. Matç qolsuz başa çatıb. Start heyətdə meydana çıxmış Branimir bu qarşılaşmanın 90+4-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 19 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.