Millimizin sabiq futbolçusu 1 xalla kifayətləndi

Türkiyə PTT 1-ci liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 22 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan