Millimizin sabiq futbolçusu oynamadı, komandası büdrədi

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Millimizin sabiq üzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 24 xalla 8-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan