Millimizin sabiq futbolçusu üçün 90 dəqiqə və sarı vərəqə

Türkiyə PTT 1-ci liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Girəsunspor” ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb. O, 59-cu dəqiqədə sarı vərəqə almağa da imkan tapıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 23 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan