- Baxış sayı: 50
- 15 Aprel 2024 14:52
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatındakı çıxışları ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, Belçikanın “Halle Goik” klubunda oynayan futzalçı Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyun (3:2) barədə də fikirlərini bildirib:
“Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində idi. Bu, bir az qardaş qırğına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, əgər hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.
Avropa çempionatının qalibi Portuqaliya olub.