- Baxış sayı: 51
- 26 İyun 2026 23:23
- Baxış sayı: 112
- İyun 26, 2026
- 0

Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi noyabrın 16-da keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək.
Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Xorvatiya yığması ilə görüşdəki (1:1) sarı vərəqə C.Allenin 3-cü xəbərdarlığıdır.
“Stok Siti” klubunun 29 yaşlı yarımmüdafiəçisi martın 24-də Slovakiya (1:0), sentyabrın 6-da Azərbaycanla (2:1) ev görüşlərində də cəzalanmışdı.
Qeyd edək ki, Azərbaycan – Uels oyunu Bakıda keçiriləcək.