Mövsümün 100-cü qolu

Premyer liqada 100-cü qol vurulub. Allsport.az xəbər verir ki, bu, 11-ci turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib.

Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.

Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.

Mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

Həmin kateqoriyadan