Muarem “Qarabağ”a görə Türkiyə klubundan imtina edib?

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muaremin Türkiyənin “Yeni Malatyaspor” klubuna transferi hələ də baş tutmayıb. Allsport.az xəbər verir ki, bu barədə klubun direktoru Ali Ravcı yerli mətbuata açıqlamasında məlumat verib:

“Muaremin komandamıza keçidi gerçəkləşmədi. Bu futbolçu Azərbaycandan bir komanda ilə anlaşıb”.

Qeyd edək ki, makedoniyalı xavbek “Qarabağ”a 2012-ci ilin fevral ayında gəlsə də, 2014/15 mövsümündən sonra Türkiyə “Əskişəhərspor”una yollanmışdı. Amma bu komandada heç bir rəsmi oyuna çıxmayan futbolçu müqaviləni pozmaq məcburiyyətində qalmışdı.

Onu da vurğulayaq ki, Muaremin “Əskişəhərspor”dan ayrılandan sonra məhz “Qarabağ”a qayıdacağı gözlənilirdi. Lakin “Yeni Malatyaspor”a keçid məsələsi gündəmə gələndən sonra makedoniyalı futbolçunun Ağdam klubuna qayıtmasına inam azalmışdı.

Həmin kateqoriyadan