“Mümkündür ki, Azərbaycan klubuna keçim”

Ukraynanın “Aleksandriya” klubunun yarımmüdafiəçisi Anton Qolenkov bəyan edib ki, o, indiki klubu ilə yeni müqavilə imzalamayacaq və karyerasını Azərbaycanda davam etdirəcək. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Bu, doğrudan da belədir. Gedirəm. Bu qərarım daha çox ailə vəziyyətimlə bağlıdır. Ailəm Krımda yaşayır. Onlara daha çox diqqət ayırmağım lazımdır. Hələ ki, karyeramı harada davam etdirəcəyimlə bağlı dəqiq bir fikir söyləyə bilmərəm.

Mümkündür ki, Azərbaycanda və ya Qazaxıstanda oynayım. Başqa ölkəyə də getməyim istisna deyil. Ümumiyyətlə, indiki vəziyyəti dəyişmək istəyirəm. Hazırda menecerim bu məsələ ilə məşğuldur”.

Həmin kateqoriyadan