“Nəticə yoxdur“

Premyer liqanın 20-ci turunda “Qəbələ” səfərdə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında öz fikirini bölüşüb:

“Oyun baxımından düşünürəm ki, dinamik matça şahidlik elədik. Meydançada bir-birinə layiq komandalar var idi. Nəticə yoxdur.

Biz də başa düşürük ki, futbolda ən önəmli nəticədir. Futbolçulardan meydançada istədiyimizi alırıq. Yenə də, daha çox çalışmaq lazımdır ki, uğurlu nəticələr əldə edək”.

Həmin kateqoriyadan