Naxçıvanda veteranlar üz-üzə gəldi

Naxçıvanda “Araz-Naxçıvan” və “Neftçi”nin veteranlardan ibarət komandası arasında yoldaşlıq görüşü keçirilib. Dövlət Bayraq gününə həsr olunan oyun Muxtar respublika Stadionunda baş tutub.

Allsport.az xəbər verir ki, Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri və eyni zamanda Naxçıvan MR futbol federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb. O, Naxçıvanda futbolun inkişafı üçün gördükləri işlərdən danışıb:

“Uşaq futboluna daha çox yer ayıraraq gələcək üçün istedadlı nəsli yetişdirməklə bərabər futbolun hər sahəsini əhatə edən plan və strategiyamız mövcuddur. Məqsədimiz birlik və bərabərlik içində futbolun inkişafına töhfə verməkdir.”

Oyun 1:1 hesabı ilə başa çatıb. “Neftçi” veteranlarından İlham Yadullayev fərqlənib. “Araz-Naxçıvan” komandasından Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyənləşdirib.

Həmin kateqoriyadan